"Qarabağ"ın zədəlisindən şad xəbər: məşqə başladı FOTO

"Qarabağ" zədəli futbolçusu Donald Gerye fərdi məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu fitness hazırlığına start verib. Lakin 29 yaşlı yarımmüdafiəçinin bərpası bir müddət çəkəcək. Haitili futbolçu azı 2 həftə də yaşıl meydanlara ayaq basmayacaq.

 

29 yaşlı oyunçu oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq. Bundan əlavə, Gerye milli komandasının oktyabrın 6-dan 15-dək olan toplanışına qatılmayacaq.

 

Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.

 

Tarix: 2 Oktyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio