Aqolli mükafatlandırıldı

12:02 - 2 Oktyabr 2018

"Fəxri mükafata layiq görüldüyüm üçün çox şadam. Albaniyanın və xalqımızın dəyərlərini qürurla nümayiş etdirirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Ağdam klubunun futbolçusu ölkəsinin idman nazirliyinin fəxri mükafatına layiq görülüb. Mükafatlandırma tədbirində iştirak etməyən 35 yaşlı futbolçu fikirlərini “facebook” səhifəsində bölüşüb:

 

"Mükafatın beynəlxalq arenada ölkəmizin imicini yüksəltmək üçün xeyli iş görmüş milli komandanın keçmiş baş məşqçisi Canni De Byasi tərəfindən təqdim olunması ikiqat sevindiricidir. Amma təəssüf ki, oyunlarla bağlı şəxsən mükafatlandırmada iştirak edə bilmədim".

 

Qeyd edək ki, Aqolli 2005-ci ildən Albaniyanın əsas millisinin üzvüdü.

Xəbər xətti