"Qarabağ" azarkeşlərə jest etdi

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci mərhələsində “Qarabağ” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər. 

 

Hazırda “Qarabağ” - "Arsenal" matçına bilet satışı da davam edir. Son məlumata görə, 50 minə yaxın bilet satılıb.

 

"Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.

Tarix: 2 Oktyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio