"Barselona"dan rekord gəlir

18:14 - 2 Oktyabr 2018

İspaniyanın "Barselona" klubunun ötən mövsüm əldə etdiyi gəlir bəlli olub.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 1,05 milyard dollar gəlir qazanıb (914 milyon avro). Bununla da, "Barselona" dünyada 1 milyardan çox gəlir qazanan ilk klub olub. Klubun xərcləri isə 1,017 milyard dollar olub (882 milyon avro).

 

"Barselona"nın idarə heyətinin sədri Oskar Qrau 2018/19 mövsümündə 1,105 milyard dollarlıq gəlir gözlədiklərini bildirib.

Xəbər xətti