"Qarabağ" - "Arsenal": Neçə bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) matçına bilet satışı davam edir.

 

Sportal.az Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 55 min bilet satılıb.

 

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm “Qarabağ” FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq “iTicket.az” saytından almaq mümkündür.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də, saat 20:55-də başlayacaq.

Tarix: 3 Oktyabr [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Fevral 2019
20  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio