Millimiz ilk onluğu tərk etdi

16:03 - 3 Oktyabr 2018

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, yeni reytinq sıralamasında bəzi dəyişikliklər baş verib.

 

Azərbaycan yığması da əvvəlki mövqeyini itirib. Belə ki, uzun müddət idi 10-cu pillədə lövbər salan yığmamız 1 pillə geriləyib. Millimizin hesabında 1430 reytinq xalı var.

 

İlk 10 yerdə qərarlaşan kollektivlər isə bunlardı:

 

1. Braziliya - 1895

2. İspaniya - 1807

3. Portuqaliya - 1696

4. Rusiya - 1690

5. Argentina - 1663

6. İran - 1649

7. Qazaxıstan – 1542

8. İtaliya - 1528

9. Ukrayna - 1492

10. Paraqvay - 1470

Xəbər xətti