Emin İmaməliyev: "Qələbə qazanmaq üçün təcrübəmiz çatmadı"

“Qəbələ”nin 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasının 2018/19 mövsümündə ilk oyununu Moldovanın “Şerif” komandasına qarşı keçirib. Qəbələ şəhər stadionunda baş tutan oyun bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən "qırımızı-qaralar"ın çalışdırıcısı Emin İmaməliyev fikirlərini bildirib:

 

- Çətin oyun olacağını bilirdik. Çünki “Şerif” yaxşı komanda idi. Rəqibi analiz etmişdik, bilirdik ki, əks hücuma üstünlük verəcəklər. Bir kobud səhvə görə qol buraxdıq. İkinci oyunumuzda daha yaxşı çıxış etməyə çalışacağıq.

 

- İlk hissədə oyunu cinahlardan qurdunuz, ikinci yarıda isə mərkəzdən həmlələr etdiniz. Bunun səbəbi nə idi?

- Rəqibin oyunlarına baxmışdıq. Mərkəzdə alınmadı, oyunu cinahlarda qurduq. Daha çox boş sahələrdə oynamağa çalışırdıq. Rəqibin ucaboy müdafiəçiləri ölkə çempionatındakı oyunlarında səhvlərdə yadda qalıblar. Ona görə oyunu cinahlardan qurmağa çalışırdıq. 

 

- İkinci hissədəki oyunu ilk yarıda oynamaq yaxşı olmazdımı?

- Düşünmürəm ki, ilk hissədə zəif oynadıq. Ehtiyat edirdik. Cəmi bir səhv oldu vər rəqib istifadə etdi. İkinci hissədə təzyiqi artırdıq, hesabı bərabərləşdirdik. Hətta ikinci və üçüncü qolu da vura bilərdik. Qələbə qazanmaq üçün təcrübəmiz çatmadı.

 

- Artıq rəqibi yaxından tanıdınız. “Qəbələ” “Şerif” səddini keçə bilər?

- Rəqibi yaxından tanıdıq. Səfərdə bizə ancaq qələbə lazımdır. Bunu etmək üçün əlimizdən gələni edəcəyik. Komandamdan razıyam. Həm ilk, həm də ikinci hissədə yaxşı futbol sərgilədik.

Tarix: 3 Oktyabr [21:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio