"Arsenal"ın ulduzu "Qarabağ"a qarşı oynamayacaq

22:17 - 3 Oktyabr 2018

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi daha bir itkiylə üzləşib. Qabonlu hücumçu Pyer-Emerik Obameyanq xəstələndiyi üçün sabah keçiriləcək matçda iştirak etməyəcək.

 

Obameyanqla yanaşı, Petr Çex, Loran Koselni, Konstantinos Mavropanos, Karl Cenkinson, Enzli Meytlend-Naylz və Aaron Remzi də "Qarabağ"a qarşı oynamayacaq. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryan Bakıya gətirilməyib.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu sabah saat 20:55-də başlayacaq.

Xəbər xətti