Joze Alesio: "Şansımızı itirməmişik"

23:14 - 3 Oktyabr 2018

"Qrupun favoritinə qarşı mübarizə apardıq. Meydana 9 legionerlə çıxmışdılar. Yaxşı oynadığımızı qeyd edə bilərəm. Sona qədər oyun intizamını qoruduq, hücumda da müəyyən üstünlük qazandıq. Təəssüf ki, yaratdığımız epizodları realizə edə bilmədik. Əvəzində bir səhv buraxdıq və rəqib qol vurdu. Halbuki birinci hissədəki üstünlüyümüzü ikinci hissədə də inkişaf etdirməli idik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva Çempionlar Liqasının əsas mərhələsi  Litva çempionu "Vytis”ə uduzduqları oyundan (0:1) sonra deyib. Mürəxəssis mərhələ adlamaq şansları barədə bunlar deyib:

 

"Bu məğlubiyyətlə şansımızı itirməmişik. Uşaqlara da dedim ki, bu oyunu unudun, sabahkı matça hazırlaşın. Ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq”.

Xəbər xətti