"Napoli"nin futbolçusuna silahlı hücum: canını 20 min avroluq saatla qurtardı

"Napoli"nin hücumçusu Arkadiuş Milik Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Liverpul"a qalib gəldikləri oyundan sonra silahlı soyğunun qurbanı olub.

 

Sportal.az "II Mattino"ya istinadən xəbər verir ki, Milik klubun bazasından evə doğru 02:00-da yola düşüb. Onun yolunu motosiklet sürən iki şəxs kəsib. Üzlərini bağlayan həmin şəxslər Miliki maşınından düşürüblər və silahı ona doğru tutaraq, hədə-qorxu gəliblər. Qorxulu anlar yaşayan polşalı hücumçu qolundakı 20 min avroluq "Rolex Daytona" saatını yolkəsənlərə verib. Saatı almağa razılaşan quldurlar turist bölgə olan Likola istiqamətinə doğru gediblər.

 

Neapol polisi sözügedən şəxsləri axtarmaq üçün araşdırmalara başlayıb.

 

Image result for rolex daytona

Tarix: 4 Oktyabr [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio