"Səbail"in yeni titul sponsoru

19:24 - 4 Oktyabr 2018

“Səbail” və AZTEA markası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sportal.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, AZTEA markası “Səbail”in titul sponsoru olacaq.

 

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 5-də keçiriləcək “Səbail” – “Sumqayıt” oyunundan etibarən “Səbail” klubunun oyun formalarının ön tərəfində AZTEA markasının loqotipi öz əksini tapacaq.

 

Əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulur. “Səbail”in Bayıl stadionunda keçirəcəyi ev oyunları zamanı arenaya gələn azarkeşlər ödənişsiz olaraq AZTEA çayını dadmaq imkanı da əldə edəcəklər.

Xəbər xətti