Rəşad Sadıqov: "Heç Azərbaycan çempionatında bu qədər qol epizodları yaratmırıq"

“Son vuruşlar istədiyimiz kimi alınmadı. Avrokuboklarda bəlkə də bu qədər qol şanslarımız olmamışdı”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal" 0-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Zədə səbəbindən oynamayan təcrübəli müdafiəçi "Qarabağ"ın qol şanslarından yararlanmasından danışıb:

 

“Təbii ki, ustalıq səviyyəsini də demək lazımdır. Heç Azərbaycan çempionatında bir oyuna bu qədər qol epizodları yaratmırıq. 3 metrdən topu qapıdan keçirə bilmədik. Oyun qorxulu yuxu kimi keçdi. Oyuna nəzarət et, şanslar qazan, amma dəyərləndirmə. Düzdür, 2-ci qoldan sonra “Arsenal” rahat oynadı, qol şansları yaratdılar. Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik”.

 

Sadıqov oyuna kənardan sakit şəkildə baxdığını deyib:

 

“Sakit şəkildə oyuna baxırdım. 1-2 qol epizodu boşa gedəndə artıq düşündüm ki, nəticə olmayacaq. Belə oyunlarda qol epizodlarını sağa-sola xərcləyirsənsə, yaxşı nəticə olmur”.

 

Kapitan sonda azarkeşlərə təşəkkür edib:

 

“Azarkeşlərə təşəkkür edirik. Oyun ərzində möhtəşəm idilər. Futbolçular bu dəstəyi hiss edirdilər. Onları sevindirmək istəyərdik, amma alınmadı”.

Tarix: 4 Oktyabr [23:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio