Ramil Şeydayevdən Mədətov paylaşımı: "Gənc oyunçuları təhqir etmək olmaz"

15:50 - 5 Oktyabr 2018

"Krılya Sovetov" və Azərbaycan millsinin üzvü Ramil Şeydayev sabiq komanda yoldaşı Mahir Mədətova dəstək olub.

 

Sportal.az xəbər verir ki, o, rəsmi İnstagram səhifəsində belə paylaşım edib:

 

"Salam qardaşlar! Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən "Qarabağ" - "Arsenal" matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!

 

Nəyə görə? Niyə? O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə, o, sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun! Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz.

 

Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun! Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq!! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq! Çox sağolun!"

Xəbər xətti