Ansi Aqolli: "Bizim üçün yaxşı təcrübə oldu"

16:51 - 5 Oktyabr 2018

"Bu oyun bizim üçün yaxşı təcrübə oldu. "Arsenal" çox güclü komandadır. Biz də yaxşı oyun göstərdik. Qol epizodları yaratdıq, kompakt oynadıq". 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqoolli Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Arsenal”la görüşdən sonra deyib.

 

Albaniyalı müdafiəçi 0:3 hesabı ilə uduzduqları ev oyununu şərh edərkən komandasına yalnız qol çatışmadığını bildirib: "Bu, çox sadədir. Qələbə üçün qol vurmalısan. Bizdə isə bu çatmadı".

Xəbər xətti