Samir Abasov: "Qəbələ"nin düşdüyü vəziyyəti məndə yaxşı bilən olmaz"

20:32 - 5 Oktyabr 2018

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının VII turunda “Qəbələ”yə evdə 1:0 hesabıyla qalib gəldikləri matçda sonra mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə rəqib barədə danışmaq istədiyini bildirib.

 

"Qəbələ"ni bəyəndim. Bu, tək-tük olan şeydi. "Qəbələ"nin düşdüyü vəziyyəti məndə yaxşı bilən olmaz. Ona görə ki, biz də eyni vəziyyətdəyik. “Qarabağ”la layiqincə rəqabət aparacaq "1 nömrə"li komanda məhz “Qəbələ”di. Onlar çempionluğa oynamağa layiqdirlər. Əfsuslar olsun ki, indi bu yerdədilər. Öz oyunumuza gəlincə, futbolçularımız bu matça özləri özlərini hazırlamışdılar. Həftəiçi yumruq kimi birləşdilər. Qalib gəlməyə çox istəkli idilər. Çoxdandı gözlədiyimiz 3 xalı qazandılar. Meydanda çox çalışdılar, Allah da bizə bu qələbə payını verdi. Bəzi məqamları meydanda görmək istəmirəm. Bəzi oyunçular məni üzür. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiz ki, kim nə etməlidi. Bu gün neqativdən danışmaq istəmirəm. Bu mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. “Zirə”nin fanatları, bu qələbəni gözləyirdilər.

 

- Vüsal İsgəndərli sonradan meydana daxil olsa da, son dəqiqələrdə əvəzlədiniz. Buna səbəb nə idi?

- Cinahda Bilalın effekti azaldığından yükü artırdı. Vüsal sürətli, texnikalı futbolçudu. Yarımmüdafiənin sağ cinahı daha da gücləndirmək məqsədilıə belə addım atdıq. Hücumlarımızın daha da kəsərli olmasını istədik. Başqa bir səbəbi yoxdu. (Sport24.az)

Xəbər xətti