Azər Əliyevdən məhsuldar ötürmə, komandası 1 xal qazandı

00:29 - 6 Oktyabr 2018

Rusiya Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə Tula “Arsenal”ının qonağı olub və 1-1 hesablı heç-heçə edib.

 

Əliyev ilk hissənin sonuncu dəqiqəsində meydana daxil olub və topa ilk toxunuşunda məhsuldar ötürmə edib.

 

“Ufa” Premyer Liqanın turnir cədvəlində 9 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti