Gəncə şəhər stadionu Dövlət Proqramına salınıb

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyektlərin sırasındadır. Yarım əsrdən çox tarixi olan stadion Dövlət Proqramına salınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci formunun ilk zona toplantısında Gənclər və İdman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə stadionun təmir olunacağına inandığını bildirib.

 

Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.

Tarix: 6 Oktyabr [16:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio