Robbenin əvəzinə Cengiz Ünder

19:10 - 6 Oktyabr 2018

"Roma"nın uğurlu transferi olan Cengiz Ünderin adı artıq nəhəng klublarla hallanır.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı gələcəyin ulduzu "Bavariya" transfer etmək istəyir. Aryen Robbenin 34 yaşında olması səbəbindən münhenlilər yeni cinah yarımmüdafiəçisi olaraq, türkiyəli futbolçunu hədəfə alıb. Bu keçid üçün Bundesliqa təmsilçisi "Roma"ya 60 milyon avro təklif edəcək.

 

İtaliya mətbuatı Cengizlə "Arsenal" və "Mançester Siti"nin də maraqlandığını qeyd edib.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm 7 oyunda 2 qol vurub, 4 assist edib.

Xəbər xətti