Nazarov komandasına qələbə qazandırdı VİDEO

22:00 - 6 Oktyabr 2018

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanda “Holştayn”a 2-1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə qoluna 90+1-ci dəqiqədə Nazarov imza atıb.

 

Nazarov qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olub.

 

“Aue” II Bundesliqanın turnir cədvəlində 10 xalla 13-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti