“Zirə” tarixində 49-cu

00:03 - 7 Oktyabr 2018

Miloş Radivoyeviç "Zirə”nin heyətində qol hesabını açıb.
 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının 7-ci turuna təsadüf edib. Serbiyalı futbolçu "qartallar”a ilk qələbəni qazandıran topun müəllifi olub – 1:0.

 

28 yaşlı müdafiəçi "Zirə”nin tarixinə qol sevinci yaşayan 49-cu futbolçu kimi düşüb. O, komandanın heyətində rəqib qapısına yol tapan 18-ci legioner, 3-cü serbiyalıdır. Miloşa qədər həmyerliləri Milan Duriç 9, Yovan Krneta 6 dəfə fərqlənib.

 

Yalnız Premyer Liqa matçlarını nəzərə alsaq, Radivoyeviç "Zirə”də fərqlənən 29-cu futbolçudur.

Xəbər xətti