"Yuventus"u dayandıran tapılmır VİDEO

00:45 - 7 Oktyabr 2018

İtaliya A Seriyasında 8-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, lider "Yuventus" səfərdə "Udineze"ni məğlub edərək, ardıcıl 8-ci qələbəsini rəsmiləşdirib.

 

A Seriyasında turnir cədvəlinə 24 xalla "Yuventus" başçılıq edir. "Napoli" 15 xalla 2-ci, "Roma" 14 xalla 3-cü pillədə qərarlaşıb. "Udineze" 8 xalla 15-cidir.

 

"Udineze" 0-2 "Yuventus"

Qollar: Rodriqo Bentankur, 33, Kriştiano Ronaldo, 37

 

Xəbər xətti