"Araz" Çempionlar Liqası ilə vidalaşdı

00:00 - 7 Oktyabr 2018

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” klubu mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, bu gün əsas mərhələdə son oyununu keçirən Azərbaycan çempionu Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın qollarını Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

 

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vitis” komandası elit-raunda vəsiqə qazanıb.

 

UEFA Çempionlar Liqası

6 oktyabr

 

Araz - Luçenec 2:5
Qollar:
N.İsmayılov, 5, R.Çovdarov, 6 - G.Robert, 19. A.Fehervari, 20; 34; 36. R.Kamara, 30.
Hakimlər: Sven Eichler (Almaniya), David Skaerli (İsveçrə), Kamil Çetin (Türkiyə).

 

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio Da Silva.

 

Luçenec: 1. Oberman Riçard (q), 6. Atilla Fehervari (k), 10. Ribeyro Mateus Ferreyra, 13. Anton Brunovski, 14. Rikardo Kamara, 19. Mikus Peter (q), 9. Peter Petik, 12. Koçis Peter,15. Qreşko Robert, 17. Kuhaydik Yuray, 18. Hricov Adrian, 20. Klema Erik (q).
Baş məşqçi: Marian Berki.

 

Vitis – 9. Luçenec – 6. Araz – 1. Valletta – 1.

Xəbər xətti