Anar Nəzirovun 25-ci “quru” oyunu

Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” ilə qarşılaşması (1:0) “Zirə”nin qapıçısı Anar Nəzirov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, o, mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb. Bu, qolkiperin “Zirə”nin heyətində Azərbaycan çempionatında keçirdiyi yubiley – 25-ci “quru” oyun kimi tarixə düşüb.

 

Nəzirov 2015/16 mövsümündə 14, 2016/17 mövsümündə 6, ötən çempionatda isə 4 dəfə meydanı qol buraxmadan tərk etmişdi. Cari mövsümün ilk uğuru ilə bu rəqəm 25-ə çatıb. Onun ilk belə matçı 2015-ci il avqustun 9-da AZAL-la ev oyununa (1:0) təsadüf edib.

 

Qeyd edək ki, Anar “Zirə”nin heyətində ümumilikdə 27 “quru” oyun keçirib. Digər iki matç UEFA Avropa Liqasına təsadüf edib.

Tarix: 7 Oktyabr [12:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio