Dadaşovlu "Proyssen" məğlubiyyətdən qaçdı

14:14 - 7 Oktyabr 2018

Almaniya 3-cü Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Unterhaxinq”lə qarşılaşıb. Qarşılaşmada hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Lakin Dadaşovun komandası 79-cu dəqiqədə məğlubiyyətdən qurutulub. Oyun 1-1 hesabı ilə yekunlaşıb.

 

Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Dadaşovun komandası 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti