"Arsenal" Fulhem"i 5 qolla məğlub etdi VİDEO

17:06 - 7 Oktyabr 2018

İngiltərə Premyer Liqasında 8-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal" səfərdə "Fulhem"i 5-1 hesabı ilə məğlub edib.

 

Premyer Liqanın turnir cədvəlinə 19 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik olan "Liverpul" 2-ci, "Tottenhem" və "Arsenal" 18 xalla 3-4-cü yerləri bölüşürlər. "Fulhem" 5 xalla 17-cidir.

 

"Fulhem" - "Arsenal" - 1:5

Qollar: Andre Şürrle, 44 - Aleksandr Lyakazett, 29, 49, Aaron Remzi, 67, Pyer-Emerik Obameyanq, 79, 90

 

Xəbər xətti