Quliyev oynadı, "Rostov" məğlub oldu

17:51 - 7 Oktyabr 2018

Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” evdə “Orenburq”a 0-1 hesabı ilə uduzub.

 

Rusiyanın U-21 millisinin üzvü olan Ayaz oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

 

“Rostov” Premyer Liqanın turnir cədvəlində 10 turdan sonra 18 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti