Mbappe poker etdi, PSJ "Lion"a darmadağınla qalib gəldi VİDEO

01:18 - 8 Oktyabr 2018

Fransa I Liqasında 9-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider PSJ evdə "Lion"a 5-0 hesabı ilə qalib gəlib. Bununla da, Paris klubu çempionatda ardıcıl 9-cu qələbəsini rəsmiləşdirib. Oyunun qəhrəmanı Kilian Mbappe komandasına bir penalti qazandırıb və rəqibin qapısından 4 top keçirib.

 

Liqa 1-də turnir cədvəlinə 27 xalla PSJ başçılıq edir. "Lill" 19 xalla 2-ci, "Marsel"lə "Monpelye" 16 xalla 3-4-cü pillələri bölüşürlər.

 

PSJ 5-0 "Lion"

Qollar: Neymar, 9 (pen.), Kilian Mbappe, 61, 66, 69, 74

Qırmızı vərəqlər: Presnel Kimpembe, 35 - Luka Tuzar, 45

 

 

Xəbər xətti