Millimizin üzvü yeni klubunda debüt etdi

10:08 - 8 Oktyabr 2018

Almaniya Reginal Liqasının qərb zonasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın yeni klubu “Ştralen” evdə “Bonner”ə 2-0 hesabı ilə qalib gəlib.

 

Erat 55-ci dəqiqədə meydana daxil olub və yeni komandasında debüt edib.

 

“Ştralen” çempionatda 19 xal 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti