Millimizə "Qarabağ"la "Qəbələ"yə düşərli olan hakim

Millətlər Liqasında baş tutacaq Farer adaları - Azərbaycan matçının baş hakimi rusiyalı FİFA referisi Aleksey Yeskov olacaq.

 

Sportal.az xəbər verir ki, Aleksey Yeskov ilk dəfə millimizin oyununu idarə edəcək.

 

Rusiyalı referinin klublarımızla iki yolu kəsişib. Yeskov 2015/16 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz" - "Qarabağ" matçında 4-cü hakim olub. Sözügedən qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

 

40 yaşlı referi 2016/17 mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qəbələ" - "Lill" oyununu idarə edib. Həmin oyunda 1-0 hesabı ilə qalib gələn "qırmızı qaralar" turnirin pley-off mərhələsinə vəsiqə qazanmışdı.

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan matçı oktyabrın 11-də baş tutacaq.

Tarix: 8 Oktyabr [13:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio