"Qarabağ"ın “Vorskla” və “Sportinq”lə matçlarının biletləri satışda!

14:15 - 8 Oktyabr 2018

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son iki ev oyununun biletləri artıq satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. 

 

Noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN arasında dəyişir.

 

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz:

 

Satış məntəqələri:

 

“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələr

Xəbər xətti