“Zirə”nin yubiley qələbəsi

“Zirə” Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb. 

 

Sportal.az xəbər verir ki, 7-ci turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar” bununla da yubiley qələbəsini bayram edib. Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib.

 

Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan komanda 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb.

 

“Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən “Zirə” futbolçuları səfərdə 14 dəfə 3 xal qazanıb.

 

Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.

Tarix: 8 Oktyabr [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio