Lopeteqinin yerinə iki namizəd

16:54 - 8 Oktyabr 2018

Zinəddin Zidanın gedişindən sonra "Real"ın "sükanı arxası"na keçən Julen Lopeteqinin işləri qaydasında getmir.

 

Sportal.az xəbər verir ki, uğursuz nəticələr davam etsə, onunla yollar ayrılacaq. Bu barədə AS nəşri məlumat yayıb. İspan mütəxəssisin yerinə iki namizəd bəllidir. Nəşrin iddiasına görə, Santiaqo Solari və Antonio Konte komandanı çalışdıra bilərlər.

 

Qeyd edək ki, Konte son olaraq, "Çelsi"də çalışıb. Solari isə 2016-cı ildən "Real"ın B komandasındadır.

Xəbər xətti