Mourinyonun 34 milyonluq təzminatı

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun klubdakı gələcəyi sual altındadır.

 

Sportal.az xəbər verir ki, mövsümə uğursuz başlayan "qırmızı şeytanlar"ın çalışdırıcısı üçün "Daily mirror"da yeni məlumat yer alıb. Mançester təmsilçisi 2020-ci ilə kimi müqaviləsi olan mütəxəssislə yolları ayırsa, ona 34 milyon avro təzminat ödəməli olacaq. Əgər "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanmasa, müqavilənin şərtlərinə uyğun olaraq, Mourinyo qovulacağı təqdirdə, ona 11 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, Mourinyo qovulacağı ilə bağlı suala "Məni göndərəcəklərini düşünmürəm. Təzminatımın nə qədər olduğunu bilirsiz?" cavabınıı vermişdi.

Tarix: 8 Oktyabr [17:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio