Özil Bakıdan zədəli qayıdıb

19:39 - 8 Oktyabr 2018

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özilin İngiltərə Premyer Liqasının 8-ci turunda "Fulhem"ə qarşı oynamamasının səbəbi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli alman futbolçu Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" matçında (3:0) zədələnən oyunçu London derbisini buraxmalı olub. Bu barədə komandanın baş məşqçisi Unai Emeri məlumat verib.

 

Qeyd edək ki, Özil "Qarabağ"la oyunun 2-ci hissəsində meydana daxil omuşdu.

Xəbər xətti