Rüfət Dadaşov: "Milliyə belə tez dəvət alacağımı gözləmirdim" MÜSAHİBƏ

Millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard uzun müddət sonra yığmaya dönüşü barədə danışıb.

 

- Milliyə dəvət aldığın üçün təəccübləndin?

- Yenidən milli üçün oynamağı xəyal edirdim. Dürüst olmaq lazmdırsa, belə tez dəvət alacağımı gözləmirdim. "Proyssen" klubuna və məşqçi heyətimizə təşəkkür edirəm.

 

- Əsas heyətə düşmək imkanlarını necə qiymətləndirirsən?

- Əlbəttə, oynayacağıma inanıram. Amma yığmada rəqabətin necə səviyyədə olduğunu indi bilmirəm. Uzun müddətdir yığmadan kənarda qalmışam və yeni oyunçuları tanımıram.

 

- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da milliyə dəvət alır.

- Dima ilə birgə Bakıya gəlmişik. Biz yaxşı dostuq. Millidə eyni otaqda qalırıq.

 

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.

 

- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.

Tarix: 9 Oktyabr [10:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio