"Səbail" texniki məğlubiyyət aldı

13:22 - 9 Oktyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

I Divizionun VI turunun “Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun VI turunun “Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan” klubunun 98 №-li futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun VI turunun “Keşlə-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun VI turunun “Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub eyni zamanda, 800 manat cərimə olunur.

 

I Divizionun VI turunun “Zaqatala” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti