Kokorin və Mamayev həbs edildi

"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin həbs olunublar.

 

Sportal.az xəbər verir ki, buna onların sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəb olub. Telekanalın sürücüsü kəllə-beyin travması alaraq, reanimasiyaya yerləşdirilib. Məmurlar isə xəsarət alıblar.

 

Hadisə ilə bağlı cinayət işi açılıb.

Tarix: 9 Oktyabr [16:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio