Millimiz Farer adalarına yollandı

18:39 - 9 Oktyabr 2018

Millimiz UEFA Millətlər Liqasında Farer adaları ilə keçirəcəyi oyun üçün səfərə yola düşüb.

 

Sportal.az xəbər verir ki, millimiz çarter reysiylə öncə Danimarkanın paytaxtı Kopenhagenə, oradan isə Farer adalarına uçacaq.

 

Millimizin oyun öncəsi məşqi sabah baş tutacaq.

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti