“Qəbələ”dən 14 cavabsız qol

“Qəbələ” futbol akademiyasının aşağı yaş qruplarından olan komandalar növbəti oyunlarını keçirib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi liqalarda qüvvəsini sınayan “Qəbələ” komandaları ötən həftə keçirdiyi 9 görüşdə 6 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçda uduzub.

 

“Səbail”in qonağı olan U-17 qələbə qazanıb – 4:1. U-16 evdə “Zirə” ilə məhsuldar heç-heçə edib – 3:3. “Mil-Muğan”ı qəbul edən U-15 14 cavabsız qolla qalib gəlib.

 

U-13 Liqasının paytaxt zonasında çıxış edən “Qəbələ” “Xəzər”ə uduzub – 2:4. Şimal- U-12 Liqasının Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan “qırmızı-qaralar” UGİM-ə (Yevlax) 7:1, UGİM “Qəbələ” isə UGİM-ə (Ağdaş) 2:0 hesabı ilə qalib gəlib. UGIM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan U-11 8:1 hesabı ilə qələbə qazanıb. U-10 Liqasında “Qəbələ” UGİM-ə (Yevlax) 16:0 hesabı ilə qalib gəlib, UGİM “Qəbələ” UGIM “Rabitəçi”yə (Yevlax) uduzub - 5:6.

Tarix: 10 Oktyabr [00:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio