Millimiz Farer adalarında

10:18 - 10 Oktyabr 2018

Millimiz UEFA Millətlər Liqasında Farer adaları ilə keçirəcəyi oyun üçün səfərə yola düşüb.

 

Sportal.az xəbər verir ki, millimiz çarter reysiylə öncə Danimarkanın paytaxtı Kopenhagenə, oradan isə Farer adalarına uçub. Ötən gün saat 17:25-də yola düşən yığma Farera adalarına Bakı vaxtı ilə 03:00-da çatıb

 

Millimizin oyun öncəsi məşqi bu gün baş tutacaq. Yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 15:00) Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti