Qirzmann: "Qızıl top"u fransız futbolçu almalıdır"

İspaniyanın "Atletiko" klubunun hücumçusu Antuan Qrizmann "Qızıl top"la bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu mükafatın fransız futbolçunun qazanmalı olduğunu deyib: "Bu mükafatı qazanmaq mənim xəyalımdır.

 

"Qızıl topu" tarixinə baxın, bunu ancaq dahi futbolçular qazanıb. Başqalarına örnək olmaq qürurvericidir. Biz dünya çempionu olduq. Planetin ən yaxşı futbolçusu da dünya çempionu olan komandada oynamalıdır. Bəlkə, səhv deyirəm? Bu, mənim fikrimcədir. "Qızıl top"u fransız futbolçu qazanmalıdır".

 

"Qızıl top" üçün açıqlanan siyahıda 7 futbolçu Fransa millisinin üzvüdür.

 

Qeyd edək ki, Qrizmann ötən mövsüm milli ilə dünya çempionu olub, klubla isə Avropa Liqasında çempionluq sevinci yaşayıb.

Tarix: 10 Oktyabr [10:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio