"Vorskla"nın futbolçusu əməliyyat olundu: "Qarabağ"la oyunları buraxacaq

11:43 - 10 Oktyabr 2018

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Ukraynanın “Vorskla” klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, poltavalıların yarımmüdafiəçisi Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunub. Əsas heyət üzvünün əməliyyatı uğurlu başa çatıb. Onun yaşıl meydanlara dönüşü 2 aydan sonra baş tutacaq.

 

Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.

 

Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Poltavada baş tutacaq matç isə noyabrın 8-də reallaşacaq.

Xəbər xətti