"Qarabağ"ın legioneri milliyə dəvət aldı

13:59 - 10 Oktyabr 2018

“Qarabağ”ın futbolçusu Con Delarj növbəti dəfə Konqo yığmasının heyətinə dəvət alıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb.

 

Konqo millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Liberiyanı qəbul edəcək, oktyabrın 16-sı isə Liberiyanın qonağı olacaq.

Xəbər xətti