"Farer adaları taktiki cəhətdən intizamlı komandadır"

16:49 - 10 Oktyabr 2018

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyunundan öncə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun və yığmanın üzvü Pavel Paşayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

 

Sportal.az xəbər verir ki, Paşayev rəqibin intizamlı komanda olduğunu bildirib:

 

“Rəqibi təhlil etmişik. Taktiki cəhətdən intizamlı komandadır. Düzdür, uzun yol qət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik”.

 

Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Xəbər xətti