Millinin qapıları Benzemanın üzünə birdəfəlik bağlandı

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraye "Real"ın hücumçusu Kərim Benzemanın bir daha milli komandada çıxış etməyəcəyini deyib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan federasiya preizdenti 2015-ci ildən milliyə dəvət almayan Benzemanın şansının olmadığını bildirib: "Benzemanın artıq millidə oynamaq üçün şansı qalmayıb. Uzun müddətdir ki, millidə yer almır. Həm də əvvəlki formasından çox uzaqdır".

 

Prezident Benzema ilə Matye Valbuena arasında seks qalmaqlına münasibət bildirib: "Onlar arasında şantaj davası 3-4 ildir davam edir. Qərar çoxdan verilməli idi. Bu vəziyyət də Benzemanın işini çətinləşdirir".

 

Qeyd edək ki, Benzema "Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilib. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb. Bu addımına görə Deşam hətta irqçilikdə günahlandırılmışdı.

Tarix: 10 Oktyabr [17:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio