Malta millisinin qapıçısı: "Azərbaycanla oyunda bunu sübut etdik"

"Nizamlı və kompakt oynasaq, Kosovo və Azərbaycanla oyunlardan xallar qazana bilərik".

 

Sportal.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasında yığmamızın rəqibi olan Malta milli komandasının qapıçısı Endryu Hoqq deyib. 33 yaşlı əlcək sahibi Kosovonu qrupun ən güclü komandası hesab edir:

 

"Qrupda ən güclü komanda Kosovo yığmasıdır. Amma onların da futbolçuları bizim kimi insan övladlarıdır. Buna görə də qorxmağa səbəb yoxdur. Çıxıb futbolumuzu oynamalıyıq. Azərbaycanla evdəki oyunda qazandığımız bir xal bizi bu iki oyuna nikbin baxmağa təsir edib. Həmin oyunda yaxşı oynaya bildiyimizi nümayiş etdirdik. Sübut etdik ki, topla rəftar edə bilirik".

 

Qeyd edək ki, Malta yığması bu gün Kosovonun, oktyabrın 14-də isə Azərbaycan millisinin qonağı olacaq.

Tarix: 11 Oktyabr [00:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio