Millimiz Farer adalarına darmadağınla qalib gəldi YENİLƏNİB

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Farer adaları yığmasının qonağı olub və 3-0 hesabı ilə qalib gəlib.

 

Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edib və 3-1 hesablı qələbəyə sevinib.

 

Qrupa 7 xalla Kosovo başçılıq edir. Milimizin 5, Farer adalarının 3, Maltanın 1 xalı var.

 

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

11 oktyabr

 

22:45 Farer adaları - Azərbaycan - 0:3

Qollar: Riçard Almeyda, 28, Dmitri Nazarov, 67, Riçard Almeyda, 86 (pen.)

Baş hakim: Aleksey Yeskov

Yan xətt hakimləri: Dmitri Mosyakin, Anton Averyanov

Dördüncü hakim: Valeri Dançenko

Əlavə köməkçi hakimlər: Vladislav Bezborodov, Mixail Vilkov (hamısı Rusiya)

Hakim-inspektor: Salustia Çato Sipres (Andorra)

UEFA nümayəndəsi: Yonel Piskanu (Rumıniya).

Torshavn. "Torsvullur" stadionu.

Tarix: 12 Oktyabr [00:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio