Liqalarda 3-cü turun təqvimi

10:23 - 11 Oktyabr 2018

Bu gün U-16 Liqasında 3-cü tura start veriləcək. Nəzərdə tutulan 7 oyundan 6-ı məhz bu günə təyin olunub. Daha bir qarşılaşma isə sabah baş tutacaq. 

 

U-15 və U-17 liqalarında isə 3-cü turun oyunları şənbə və bazar günləri keçiriləcək. Hər 3 liqanın təqvimini və turu buraxacaq futbolçuların siyahısını təqdim edirik:

 

U-16 Liqası, 3-cü tur
11 oktyabr (cümə axşamı)

 

13:00 «Zirə» - Gəncə TİM (Aviasiya Akademiyasının stadionu)
13:00 «Keşlə» - ROİL («ASK Arena», 4-cü meydan)
13:00 «Səbail» - İsgəndər Cavadov BFA («Bayıl Arena»)
13:00 «Sabah» - «Neftçi» İK İB («Neftçi Baza»)
13:30 «Sumqayıt» - «Qəbələ» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)
14:00 «Qarabağ» - «Neftçi» (Sərhədçi OİK-nin meydanı)

 

12 oktyabr (cümə)

 

16:00 «Turan Tovuz» - «Viləş» (Tovuz şəhər stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Fidayə Əzizli («Qarabağ»), Bəhmən İbadov («Viləş»).

 

U-15 Liqası, 3-cü tur
13 oktyabr (şənbə)

 

12:00 «Sumqayıt» - «Xilə» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)
15:00 «Keşlə» - «Zaqatala» («ASK Arena», 4-cü meydan)
15:00 «Səbail» - Gəncə TİM («Bayıl Arena»)
15:00 «Zirə» - «Qəbələ» (Aviasiya Akademiyasının stadionu)
15:00 «Mil-Muğan» - İsgəndər Cavadov BFA (İmişli şəhər stadionu)
16:00 «Sabah» - «Neftçi» («Neftçi Baza»)

 

14 oktyabr (bazar)

 

14:00 «Qarabağ» - «Neftçi» İK İB (Sərhədçi OİK-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçu: Məhəmməd İbrahimi (İsgəndər Cavadov BFA).


U-17 Liqası, 3-cü tur
13 oktyabr (şənbə)

 

13:30 «Sabah» - «Sumqayıt» («Neftçi Baza»)
14:00 «Tufan» - «Səbail» («Bakı Baza»)
15:30 «Neftçi» İK İB – «Xəzər Lənkəran» (Lökbatan OİK-nin meydanı)

 

14 oktyabr (bazar)

 

13:00 «Keşlə» - «Qarabağ» («ASK Arena», 4-cü meydan)

 

«Qəbələ» - «Zirə» və «Neftçi» - «Mil-Muğan» oyunları «Qəbələ» və «Neftçi»nin 5-dən çox üzvünün U-17 millimizin düşərgəsində olması üzündən təxirə salınıb.

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Xəyyam Hüseynov («Sabah»), Nihat Seyidəli («Tufan»), Nurlan Ağamirov («Keşlə»), Elçin Abbasov («Sumqayıt»).

 

«Het-trik news» qəzeti

Xəbər xətti