Ray Farruciya: "Kosovo ilə oyun Azərbaycanla matça təsir edəcək"

"İki ardıcı çətin səfər oyunu keçirəcəyik. Kosovonu yaxşı təhlil etmişik. Oyunları səbirsizliklə gözləyirəm".

 

Sportal.az xəbər verir ki, bunu Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan öncə deyib. Maltalı mütəxəssis hər iki oyundan müsbət nəticə qazanmaq istədiklərini deyib:

 

"Kosovo ilə oyunda müsbət nəticə qazansaq, Azərbaycanla matça təsir edəcək. Bakıya qalib kimi yollansaq, səfərdə şanslarımız olacaq. Biz hər oyuna müsbət nəticə qazanmaq üçün çıxırıq. Milli komandanı inkişaf etdirmək üçün çalışırıq".

 

Qeyd edək ki, Malta bu gün Kosovonun, 3 gün sonra isə millimizin qonağı olacaq. 

Tarix: 11 Oktyabr [12:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2019
21  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio