"Azərbaycana tez qol vurmalıyıq"

"Oyun yaxşı hazırlaşmışıq. Hava şəraiti əlverişli olmasa da, bunu düşünmürük. Qalib gəlib, qrup lideri olmaq istəyirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizlə oyundan öncə Farer adalarının futbolçusu Atli Qreqersen deyib. 36 yaşlı müdafiəçi bu qarşılaşmada uduzmamaları üçün əllərindən gələni edəcəklərini bildirib: "Azərbaycan millisi topla yaxşı rəftar edir. Rəqibimiz yaxşı komandadır. Onlara tez qol vursaq, üstünlük əldə edəcəyik. Bu oyunda uduzmaq olmaz. Əks halda, Kosovonu daha da irəli buraxa bilərik".

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22-45-də başlayacaq.

Tarix: 11 Oktyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio